USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri teatrın 115-ci mövsümündə “Leyli və Məcnun” tamaşasını təqdim ediblər. Orada Məcnun rolunu ilk olaraq teatrın gənc solisti Xəyal Hüseynov ifa edib. Teatr binası əsaslı təmir və bərpa işləri üçün bağlandığından tamaşa Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasının səhnəsində baş tutub.
Leyli rolunu teatrın solisti Rəvan Əmiraslanlı ifa edib. Tamaşada əməkdar artist Təyyar Bayramov, solistlər Aytən Məhərrəmova, Taleh Yahyayev, Afaq Ağayeva, Mütəllim Dəmirov, Mirəli Sarızadə, Rəşad Həsənzadə, Nəzər Bəylərov da çıxış ediblər. Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Hafiz Quliyev, dirijoru Əməkdar Artist Sevil Hacıyevadır.
Bir cavab yazın