USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Laçın rayonunda “Gənclər yaşıl dünya naminə” şüarı altında diaspor gənclərinin 5-ci yay düşərgəsi başa çatıb. Həftə ərzində onun iştirakçıları Laçının və Qarabağın şəhərləri, tarix-mədəniyyət abidələri ilə tanış olub, “İslimi” xalçaçılıq mərkəzində, Gilabi Ceramics mərkəzində, “Xocazfilm” yaradıcılıq studiyasında olub və digər tədbirlərdə iştirak ediblər.
Düşərgə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. Burada 60 ölkədən azərbaycan dilində danışan 18-29 yaş arası 115 gənc iştirak edib. Düşərgədə iştirak xərcləri tam olaraq təşkilatçılar tərəfindən ödənilir.
Bir cavab yazın