USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Quru Nəqliyyat Agentliyi Laçın, Şuşa və Xankəndi istiqamətində nəqliyyatın təmin edilməsi istiqamətində iş aparır. Hazırda yaxın vaxtlarda fəaliyyətə başlayacaq Bərdə-Xankəndi və Bakı-Laçın marşrutları üzrə müsabiqələr keçirilib və qaliblər müəyyən edilib.
İşğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşıma sistemi hazırlanır.
Hazırda vətəndaşlar yolumuzqarabaga.az portalında qeydiyyatdan keçərək şəxsi avtomobilləri ilə Şuşa şəhəri, Suqovuşan kəndi və Laçın şəhərinə getmək üçün icazə ala bilərlər.
Bir cavab yazın