USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Dövlət Komissiyasından verilən məlumata görə, Birinci Qarabağ müharibəsindən sonra itkin düşmüş bəzi şəxslərin yaxınları rəsmi qeydiyyat üçün müraciət etməyiblər. Bununla əlaqədar Dövlət Komissiyası belə vətəndaşlardan qeydiyyatdan keçərək DNT nümunələri və itkin düşmüş vətəndaşlarla bağlı istənilən məlumatı təqdim etmələrini xahiş edir. Bunun üçün ən qısa zamanda İşçi Qrupu ilə əlaqə saxlamalısınız.
Dövlət Komissiyası 2024-cü il avqustun 1-nə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş 3961 nəfəri qeydiyyata alıb ki, onlardan 3953 nəfəri Birinci Qarabağ müharibəsi zamanı, 8 nəfəri isə Vətən müharibəsi zamanı və sonrasındadır. Müraciətlər gəlməyə davam etdikcə bu rəqəmlər artır.
Bir cavab yazın