USD1,700,00%
EUR1,85–0,08%

“İrəvan”ın problemləri var


 |  admin  | 

«İrəvan» komandası Azərbaycan birinci liqasının V turunun İmişli klubu ilə keçirəcəyi oyunda meydana çıxmamasından sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) kluba texniki məğlubiyyət verib. AFFA-nın qaydalarına əsasən, əgər komanda növbəti oyuna çıxmasa, o, turnirdən kənarlaşdırılacaq. Mətbuatda yayılan xəbərlərə görə, maliyyə problemlərinə görə “İrəvan”ın futbolçularına bir neçə aydır ki, maaşları verilmir, nəticədə futbolçular matça çıxmaqdan imtina ediblər.

AFFA-nın Nəzarət-İntizam Komitəsinin iclasında ölkə Premyer Liqası və aşağı liqaların oyunlarında baş verən digər insidentlərə də baxılıb. Belə ki, “Turan-Tovuz” çoxlu sarı vərəqə gördüyünə görə 700 manat, oyundan sonra meydana çıxan azarkeşlər isə 800 manat cərimə olunub. “Sabah”ın meneceri İlqar İsrafilovun hakimin qərarına aktiv etirazına görə klub 1000 manat ödəməli olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı