USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Avrasiya İttifaqı ölkələri ilə müxtəlif sahələrdə sıx şəkildə əməkdaşlıqedir. Daha çoş fayda gətirə biləcək növbəti məntiqi addım – Aİİ ilə müvafiq sazişinbağlanmasıdır.
2022-ci ilin yekunu üzrə Azərbaycanın Avrasiya İqtisadi İttifaqının iştirakçıları iləqarşılıqlı ticarəti 31% artıb – 4,7 milyard dollaradək. Aİİ-nın üzv dövlətlərin payınaölkəmizin xarici ticarət dövriyyəsindəki payı təxminən 9%-dir. Əsas tərəfdaş RF qalır: keçən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 4,1 milyard dollar təşkil edib, bu il planda 5 milyard dollara çatmaqdır. Və əgər 2022-ci ilin yekunu üzrə Azərbaycandan qeyri-neft ixracı 3,05 milyard dollar təşkil edibsə, Aİİ ölkələrinin payına bu məbləğin 30%-dən çoxu düşüb.
Belə məlumatlarla təəccüblü deyil ki, Azərbaycanda Avrasiya inteqrasiyasının perspektivləri haqqında daha tez tez danışırlar. İqtisad elmləri namizədi Zəlimxan Qaysumovun fikrincə, Azərbaycan Aİİ-yə daxil olduğu halda nəqliyyat kommunikasiyalarının blokdan açılması və yeni ticarət yollarının yaradılması üçün imkanlar açılacaqdır, bu da tranzit daşımalardan büdcə gəlirlərini artıracaqdır.
İqtisadçı əmindir: “Azərbaycan şirkətləri metal məmulatları, taxta-şalban və taxıl üçün idxal rüsumlarını götürülməsi hesabına öz mənfəətlərini artıra bilərdilər”. Qaysumov həmçinin hesab edir ki, Azərbaycan Aİİ ölkələrinə qeyri-xammalixracını da artıra bilər.
Azərbaycan mağazalarında daha çox mal olacaqdır, onların qiyməti isə rəqabətin artması səbəbindən aşağı düşəcəkdir. Həmçinin qarşılıqlı birbaşa investisiya axını da artacaq, bu isə yeni iş yerlərinin yaradılmasına və vətəndaşların rifahının yüksəlməsinə gətirəcəkdir.
Bütün bunlar öz növbəsində daxili iqtisadi artımı sürətləndirməyə imkan verəcəkdir. Bu mənada Qırğızıstan nümunəsi göstəricidir: keçən il Aİİ üzvü olan bu qeyri-xammal ölkənin ÜDM-i 7%-dək artıb. Müqayisə üçün: neft və qaz ixracından əldə olunan gəlirlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı həmin ilin yekunu üzrə yalnız 4,6%-dək artıb.
Azərbaycan artıq Aİİ ilə yaxınlaşmaya addımlar atmaya çalışır. Mayda ölkəmizinPrezidenti İlham Əliyev ilk dəfə olaraq Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmişdir. Mətbuat konfransında dövlət başçısı Aİİ ilə münasibətləri dərinləşdirməyə və daha fəal əməkdaşlığa hazır olduğu barədə bildirib.
Ölkəmizin Avrasiyaya inteqrasiyasında İttifaq özü də maraqlıdır. “Rusiya – İslam dünyası: KazanForum” XIV Beynəlxalq İqtisadi Forumunda RF Höküməti rəhbərinin müavini Aleksey Overçuk “Azərbaycanın unikal coğrafi mövqeyini, onun iqtisadiyyatının, xarici ticarətinin strukturunu, milli inkişaf planları” nəzərə alaraq Avrasiya İqtisadi İttifaqı ilə qarşılıqlı fəaliyyətin inkişafı üçün yaxşı potensialı qeyd edib.
Bundan başqa, Bakı Avrasiya İnkişaf Bankına qoşulmağa dəvət olunub. Azərbaycanın İİB-də iştirakının ölkədə, ilk növbədə, qeyri-əmtəə sektorunda iqtisadi fəallığa təkan verəcəyi gözlənilir.
Bir cavab yazın