USD1,700,00%
EUR1,85–0,08%

İlk “Ərik festivalı” baş tutdu


 |  admin  | 

Bu meyvənin istehsalına görə respublikada ikinci yerdə olan Samuxda ilk dəfə olaraq “Ərik festivalı” keçirilib. Tədbir çərçivəsində şəhərin bəzədilmiş küçə və parklarından bayram yürüşü keçirilib. Tədbir Heydər Əliyev prospektində yeni salınan parkda təşkil olunub. Burada milli mətbəx, yerli ərikdən hazırlanmış mürəbbə və şirələr təqdim olunub.

Festivalda həmçinin məktəblilərin əl işləri, xırda məmulatlar və ərik mövzusunda rəsm əsərləri nümayiş etdirilib. Uşaqların ifasında ustad dərsləri, qol güləşi yarışları, milli rəqslər təşkil olunub. Bayramın sonunda festivalın qonaqlarına konsert proqramı və atəşfəşanlıq təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı