USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ötən həftəsonu Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində bir sıra mühim tədbirlərdə iştirak edib, burada sakinlərlə görüşüb, onlara yeni evlərin açarlarını təqdim edib. Dövlət başçısının da qeyd etdiyi kimi, burada tərbiyə olunan gənclərin şücaəti ilə rayona dinc həyat qayıdır.
İlham Əliyev ilk çoxmənzilli yaşayış massivinin təməlini qoyub, Laçın şəhərinə qayıdan sakinlər üçün əsaslı təmir olunmuş yaşayış binasında yaradılan şəraitlə şəxsən tanış olub. O, 1 dekabr küçəsində lövhənin açılışında da iştirak edib.
Prezident əhali ilə söhbətində Azərbaycanın adət-ənənələri ilə tərbiyə olunan, soydaşlarının dinc həyatı üçün canları bahasına torpaqlarını işğaldan azad etməyə hazır olan gənc nəslin qəhrəmanlıqlarını qeyd edib.
Bir cavab yazın