USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Dərs ilinin başlanması ilə əlaqədar olaraq Azərbaycan Quru Nəqliyyat Agentliyi paytaxtda marşrut xətlərinə əlavə olaraq 170 avtobusu xəttə buraxır. Belə ki, Bakıya 160 yeni elektrik avtobusunun gəlməsi nəzərə alınmaqla, ümumilikdə 2341-ə qədər avtobus xətlərdə fəaliyyət göstərəcək. Gələcəkdə bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur.
Sumqayıt şəhəri və Abşeron rayonunda istifadə olunan avtobusların sayı 75 ədəd artaraq 486 ədədə çatdırılacaq.
Dəyişikliklər metro və dəmir yoluna da təsir edəcək. Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə Bakıdan 13, Sumqayıtdan 11, Bakı-Pirşağa-Sumqayıt marşrutu üzrə Bakıdan 20, Sumqayıtdan 22 reys təşkil olunacaq.
Bir cavab yazın