USD1,700,00%
EUR1,85–0,08%

Həyat düzəlir


 |  admin  | 

Cənubi Qafqazda vəziyyət tədricən normallaşır. Böhranın sürətlə həllindən sonra ümid əmələ gəldi ki, regionda çoxdan gözlənilən sülh tezliklə bərqərar olacaqdır.

Uğurlu antiterror əməliyyatının başlamasından bir gün sonra Azərbaycan və Qarabağ erməniləri döyüş əməliyyatların tam dayandırılması barədə razılığa gəliblər. Razılıq Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə əldə olunub.

Bu razılıq bir sıra danışıqların başlanğıcını qoyub – Rusiya nümayəndələrinin vasitəçiliyi ilə artıq üç görüş keçiriblər. Onlarda Qarabağın erməni əhalisinin Azərbaycanın hüquq bazasına reinteqrasiyası üzrə planlarını, həmçinin sosial və humanitar məsələləri, ilk növbədə yanacağa və ərzağa ehtiyacı müzakirə ediblər. Azərbaycan artıq məktəblərə, uşaq bağçalarına, təcili yardım xidmətlərinə və yanğınsöndürmə şöbələrinə qazın verilməsini təmin edib, həmçinin Qarabağ ermənilərinin reinteqrasiyası üzrə müvafiq yol xəritəsini təqdim edib.

Keçən həftə Azərbaycan və Rusiyanın XİN-nin başçıları Ceyhun Bayramov və Sergey Lavrov telefonla regiondakı vəziyyət müzakirə ediblər. Söhbətdə onlar humanitar yardımın göstərilməsi, erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi mövzularına toxunublar. Həmçinin tərəflər 2020-ci il üçün üçtərəfli sazişlərin icrasını müzakirə ediblər: Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasını, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və yolların açılması.

İndi Rusiya sülhməramlıları, minalardan təmizləmə və humanitar yüklərin müşayiəti üzrə adi işdən başqa, erməni qüvvələrinin tərksilah edilməsinə də nəzarət edirlər. Oktyabrın 2-nə olan məlumata görə, RSK hərbi qulluqçularının köməyi ilə təkcə 2,6 min ədəddən çox atıcı silahı, həmçinin qumbaraatanları, minaatanları, top və haubitsaları, tank əleyhinə silahları və hava hücumundan müdafiə sistemlərini müsadirə etmək mümkün olub.

Bundan əlavə, Rusiya sülhməramlıları Azərbaycan nümayəndələri ilə birlikdə ərazilərdə patrul xidməti həyata keçirirlər, Xankəndində olan yanacaqdoldurma məntəqəsində benzin saxlama yerin partladılmasından sonra faciənin nəticələri ilə birgə səylə öhdəsindən gəliblər. Belə ki, RSK xəstəxanasına müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 290 nəfər daxil olub.

Milli Məclisin deputatı Arzu Nağıyevin sözlərinə görə, bir sıra danışıqlardan sonra Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üzrə işdə müsbət irəliləyişlər baş verib. Parlamentari qeyd edib ki, bu prosesdə Rusiya sülhməramlı kontingenti sonra da iştirak etməlidir.

Comments (1)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı