USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
TƏBİB “Sağlam həyat – Sağlam həyət” layihəsinə start verib və bu layihə çərçivəsində Bakının Suraxanı rayonunda sakinlərin sağlamlıqlarını yoxlaya biliblər. Vətəndaşlara terapevtik, kardioloji, oftalmoloji, pediatrloji, nevroloji və digər xidmətlər göstərilib, ultrasəs və laboratoriya müayinələri aparılıb. Tədbirdə 2 Mobil Klinika maşını və təcili yardım briqadası iştirak edib.
Bir həyətdə 230 vətəndaşa icbari tibbi sığorta çərçivəsində 375 tibbi xidmət göstərilib. Müayinələr zamanı 44 nəfərdə qaraciyərdə distrofik dəyişikliklər, 34 nəfərdə arterial hipertoniya, 26 nəfərdə miyopiya, 17 nəfərdə böyrək daşları, 16 nəfərdə qalxanabənzər vəzin düyünləri, 14 nəfərdə şəkərli diabet və digər xəstəliklər aşkar edilib. Layihə digər sahələrdə də davam etdiriləcək.
Bir cavab yazın