USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakı şəhəri Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, istivurma ilə bağlı müraciətlərin sayı artıb. İyun ayında bu problemlə mərkəzə 27 nəfər müraciət edib ki, onlardan ikisi 6 və 7 yaşlı uşaqdır. 5 nəfər xəstəxanaya yerləşdirilib, 20 nəfərə yerindəcə tibbi yardım göstərilib, iki nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib. Bu baxımdan həkimlər saat 12:00-dan 16:00-a kimi açıq havada olmağı məsləhət görmürlər.
Günə vurması (isti vurması) havanın temperaturu 40 dərəcəyə və ya daha yüksək səviyyəyə çatdıqda ortaya çıxan ciddi xəstəlikdir. Baş verdikdə dərinin qızartıları, şiddətli baş ağrısı və başgicəllənmə, nəfəs darlığı, sürətli ürək döyüntüsü, əzələ ağrısı və kramplar, qarışıqlıq, huşunu itirmə, qusma və ürəkbulanma başlaya bilər.
Bir cavab yazın