USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Qazaxıstanın Astana şəhərində keçirilən “Jaxılık Uşkempirov” turnirində yunan-Roma üslubunda gənc güləşçilər arasında baş məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərlik etdiyi Azərbaycan komandası 3 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb. Yarışda ümumilikdə 10 ölkə iştirak edib.
Qızıl sahibləri Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq) və Davud Məmmədov (77 kq) olub. İkinci yeri İsmayıl Rzayev (82 kq) və Əli Quliyev (87 kq), üçüncü yeri Hüseyn Savadov (55 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkkül Qaziyev (67 kq), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) tutub.
Bir cavab yazın