USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Görkəmli pianoçu və bəstəkar Vaqif Mustafazadənin anadan olmasının 84-cü ildönümü münasibətilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ilk dəfə olaraq “Caz axşamı” layihəsi təşkil olunub. Burada beynəlxalq müsabiqələr laureatı, əməkdar artist Emil Əfrasiyab, əməkdar artist Abbas Bağırov və xalq artisti Ənvər Sadıqovun “Qaytağı” instrumental ansamblı ilə çıxışları olub.
Tamaşaçılara Vaqif Mustafazadənin məşhur bəstələri, müəllif improvizasiyaları, eləcə də teatr tamaşaları təqdim olunub. Tədbirin qonaqları dövlət və ictimai strukturların üzvləri, mədəniyyət və elm xadimləri, yaradıcı gənclər, şəhid ailələri və Qarabağ müharibəsi veteranları olub.
Bir cavab yazın