USD1,700,00%
EUR1,85–0,08%

Gələcəyə inamla baxaraq


 |  admin  |  ,

Almatıda Avrasiya hökumətlərarası şurasının növbəti iclası keçirilib. İclasda birliyin gələcək inkişaf perspektivlərini və çağırışları müzakirə ediblər. Tədbirdə nələrin müzakirə edildiyi və bunun Azərbaycanla necə əlaqəli olduğu barədə materialımızda oxuyun.

Bu gün Aİİ ölkələri – Bakının əsas tərəfdaşlarından biridir. Ötən il İttifaq dövlətləri ilə qarşılıqlı ticarət 5 milyard dolları ötüb, onun 4,3 milyard dolları Rusiya ilə ticarət dövriyyəsi təşkil edib.

Aİİ-nin son dörd ilin yekunları üzrə makroiqtisadi nəticələr, İttifaq iştirakçılarının birgə işinin səmərəliliyini əyani şəkildə sübut edir. Avrasiya iqtisadi komissiyasının (AİK) məlumatına görə, bu dövrdə birliyin ümumi ÜDM-i 4,1%-dək artıb və 2,2 trilyon dollara çatıb.

Digər nəticələr də təsir edicidir. Dörd il ərzində sənaye istehsalatı 8,3%-dək, o cümlədən emal sənayedə (+5,7%) və kənd təsərrüfatı istehsalatında (+11,8%) artıb, Aİİ daxilində ticarət dövriyyəsi isə 1,5 dəfə artıb.

Birlik ölkələri işsizliklə mübarizədə də uğur əldə ediblər: ötən ilin yanvarından noyabrına kimi Aİİ üzrə orta göstərici cəmi 0,9% təşkil edib. Müqayisə üçün: Azərbaycanda işsizlik 5,5% səviyyəsində qalır.

RF-nın baş naziri Mixail Mişustinin Almatıda Avrasiya hökumətlərarası şurasının iclasında qeyd etdiyi kimi, Aİİ mövcud olduğu müddətdə dəyişən beynəlxalq konyunkturaya uyğunlaşmaq qabiliyyətini sübut edib. Bunu 2023-cü ilin 11 ayı ərzində bir sıra göstəricilərin artımı göstərir. Belə ki, bu dövrd ərzində sənaye istehsalatının həcmi təqribən 4 %, pərakəndə ticarət 6 %-dən çox, başa çatdırılmış tikinti 8,5 %-ə yaxın, sərnişin daşınması isə təxminən 13 %-dək artmışdır.

Aİİ hökumətlərarası şurasının iclasında İttifaq çərçivəsində qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri haqqında danışılmışdır. Onların arasında Avrasiya məkanında vahid nəqliyyat sisteminin yaradılması və ilk növbədə Azərbaycanın da iştirak etdiyi “Şimal-Cənub” BND-nin gələcək inkişafı var.

Bundan əlavə, “Avrasiya agroexpress” çərçivəsində dəmir yolu daşımalarının artırılması planlaşdırılır ki, bunun üçün marşrutlar boyunca artıq indi əlavə kənd təsərrüfatı qovşaqları və ticarət-logistika mərkəzləri tikilir. Bu istiqamət ərzaq təhlükəsizliyi baxımından həmçinin Azərbaycan üçün sərfəlidir.

Azərbaycan və Aİİ ölkələri arasında ticarət dövriyyəsinin strukturunda məhz aqrar-sənaye sektorunun məhsulları böyük paya malikdir. Heyvandarlıqda istehsalatın artmasına baxmayaraq, biz əvvəlki kimi zəruri ərzaq məhsullarının təxminən beşdə birini xaricdən idxal edirik. Aİİ ölkələrindən tədarüklər prioritet olaraq qalır və ərzaq təhlükəsizliyimizi təmin edir.

Heyvandarlıq məhsullarından başqa, biz fəal şəkildə taxıl da idxal edirik. 2023-cü ilin doqquz ayı ərzində Azərbaycana əsas buğda tədarükçüsü İttifaqın iki ölkəsi olub. Onlardan biri – Qazaxıstandır, hansından biz 150 min tondan çox taxıl almışıq. Həmçinin bizim ölkəmiz Rusiya taxılının idxalını da artırıb: biz RF-dan 160 milyon dollar dəyərində 640 min tondan çox bərk və yumşaq buğda ixrac etmişik.

İttifaqın əldə etdiyi nailiyyətləri nəzərə alaraq ümid etmək istəyirik ki, bu il ölkəmizin Aİİ ilə əməkdaşlıq planında məhsuldar olacaq və ölkələr arasında əlaqələri gücləndirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı