USD1,700,00%
EUR1,85–0,08%

Füzulidə uşaqlara sağlam həyat tərzi haqqında məlumat verildi


 |  admin  | 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış” proqramı çərçivəsində Füzuli şəhərində 300 nəfər məktəbli, müəllim və valideynlər üçün sağlam həyat tərzinin təbliği məqsədilə tədbir keçirilib. Nəzəri hissədən sonra uşaqlar üçün hədiyyələrlə “Sağlam həyat tərzi” mövzusunda viktorina oyunu keçirilib.

Tədbir iştirakçılarına sağlam həyat tərzi, sağlam qidalanma və fiziki fəaliyyətlə bağlı tövsiyələr verilib. Həmçinin uşaqlara və valideynlərə müxtəlif materiallardan, videoçarxlardan və interaktiv oyunlardan ibarət “Sağlam uşaq” https://saglamusaq.az/ internet portalı haqqında məlumatlar təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı