USD1,700,00%
EUR1,85–0,08%

Füzulidə uşaqlar tibbi müayinədən keçirilib


 |  admin  | 

Füzulidə rayonda yaşayan uşaqların hərtərəfli tibbi müayinəsi keçirilib. Azərbaycan Səhiyyə Nazirliyi bu tədbiri uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsi, xəstəliklərin erkən aşkarlanması və səbəblərinin aradan qaldırılması və profilaktik tədbirlərin görülməsi məqsədi ilə təşkil edib. Ümumilikdə 150-dən çox uşaq ümumi tibbi müayinədən, ultrasəs və exokardioqrafiya müayinəsindən keçib.

Uşaqlar Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrları, uşaq cərrahları, kardioloqları, nevropatoloqları və oftalmoloqları, həmçinin funksional diaqnostika (ultrasəs və exokardioqrafiya) mütəxəssisləri tərəfindən müayinə olunublar. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu tibbi aksiya işğaldan azad edilmiş ərazilərdə ilk belə tədbirdir və onların gələcəkdə də mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı