USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası İcraiyyə Komitəsinin iclasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində futbolun inkişafı məsələlərinə baxılıb. Nəticədə Füzuli və Cəbrayılda, daha sonra isə Zəngilan, Laçın və Kəlbəcərdə futbol komandalarının yaradılması qərara alınıb.
Qeyd olunub ki, növbəti 2023/24 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında iştirakçıların sayı dəyişməyəcək, on komanda iştirak edəcək. Sonuncu yeri tutan Şamaxı klubu birinci diviziona keçəcək, əvəzində isə birinci liqanın qalibi “Araz-Naxçıvan” yüksək divizionda çıxış edəcək.
Bir cavab yazın