USD1,700,00%
EUR1,85–0,08%

“Fiqaronun toyu” Bakıda nümayiş olunacaq


 |  admin  | 

İyunun 29 və 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Pyer de Bomarşenin pyesi əsasında hazırlanmış “Fiqaronun toyu” tamaşasının premyerası olacaq. Tamaşada Volfqanq Amadey Motsartın “Fiqaronun toyu” opera buffasından musiqi səslənəcək. Tamaşanı əməkdar artist, rejissor Nicat Kazımov səhnələşdirib.

Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Zaur Rəşidovdur. Səhnədə əməkdar artistlər Kəmalə Müzəffər, İlham Əsədov, Rasim Cəfər, Sevinc Rzayeva, Elnur Hüseynov və başqa aktyorlar çıxış edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı