USD1,700,00%
EUR1,85–0,08%

Fındıq ixracı artdı


 |  admin  | 
KONICA MINOLTA DIGITAL CAMERA

2024-cü ilin ilk iki ayında Azərbaycanın fındıq ixracından əldə etdiyi gəlir 12,3 milyon dollar olub. Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, fındıq ixracı ötən ilin analoji göstəricisi ilə müqayisədə 0,8 milyon dollar və ya 6,96% artıb.

2023-cü ildə Azərbaycan 2022-ci il göstəricisini 15,69% artıraraq 108,4 milyon dollar dəyərində fındıq ixrac edib. 2022/2023-cü il mövsümündə ölkədə 24 min ton qabıqlı fındıq istehsal edilib. Bunun nəticəsidir ki, Azərbaycan dünya fındıq istehsalçıları arasında 4-cü yeri tutmuş və dünya istehsalında onun payı 4 faiz olmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı