USD1,700,00%
EUR1,85–0,08%

Əsas sərvət


 |  admin  | 

Hər il mayın 21-də BMT-nin təşəbbüsü ilə Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Bu bayram – milli kimliyimizin əsasını təşkil edən Azərbaycan mədəniyyətinin dəyəri haqqında düşünmək üçün yaxşı fürsətdir. Milli kimliyimizin inkişafı və dost ölkələrlə dialoqun inkişafı barədə məqaləmizdə oxuyun.  Azərbaycan üçün hansı mədəni ənənələri əsas hesab edirsiniz?

Mədəniyyət xalqın ruhudur. Buna görə də, qloballaşma dövründə onun qorunub saxlanması və yad təsirlərdən qorunması hər zamankindən daha vacibdir.  Azərbaycan bu ideyanı digər ölkələrlə birlikdə müdafiə edir.

Ölkəmiz milli mədəniyyətin təbliği üçün hər bir imkandan fəal istifadə edir. Belə ki, MDB ölkələrinin XİN başçılarının Minskdə keçirilən aprel iclasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın şəhərini Müstəqil Dövlətlər Birliyinin 2025-ci ildə mədəniyyət paytaxtı statusuna namizəd kimi irəli sürüb.

Həmçinin, mədəniyyət sahəsində Azərbaycan beynəlxalq əməkdaşlığa daima hazırdır. Mayın əvvəlində Bakı Konqres Mərkəzində sülh və qlobal təhlükəsizlik naminə mədəniyyətlərarası dialoq üzrə VI Dünya Forumu keçirilib. Tədbirə Rusiya, Qətər, Tacikistan və digər dövlətlərin nümayəndə heyətləri qatılıb. Ümumilikdə forum 100-dən çox ölkədən 700 yüksək səviyyəli iştirakçı toplayıb.

Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. O, çıxışında Avropa ölkələrini mədəniyyət sahəsində də özünü büruzə verən neokolonializm siyasətinə son qoymağa çağırıb. “Dünya neokolonializmin iyrəncliyinə göz yummamalıdır. Bu, məsələn, Fransanın 10-dan çox xarici ərazilərində olduğu kimi, məcburi assimilyasiyaya səbəb olur. Bu qəbuledilməzdir və buna son qoyulmalıdır”, deyə Azərbaycan lideri bildirib.

Forum çərçivəsində qanunvericiliyin mədəni irsin qorunmasında olan roluna həsr olunmuş parlamentlərarası konfrans keçirilib. Tədbirdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova çıxış edib. Onun sözlərinə görə, multikulturalizm xalqımız və ölkəmiz üçün həyat tərzinə çevrilib.

“Mədəni irs insanların şəxsiyyətini, tarixini, ənənələrini və dəyərlərini təmsil edir. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi düzgün institusional və qanunvericilik yanaşmanı, bütün maraqlı tərəflərin bu prosesdə fəal iştirakını tələb edir”, deyə Azərbaycan parlamentinin spikeri bildirib.

Eyni zamanda, “yeni” mədəni dəyərlər Azərbaycanın adət-ənənə təməllərinə ziddir. “Eurovision-2024” müsabiqəsi bunu bir daha aydın şəkildə nümayiş etdirib. Finlandiya nümayəndəsi tamaşaçıların qarşısına, demək olar ki, çılpaq çıxdı, İrlandiyalı iştirakçı səhnədə şeytani bir ayin keçirdi, İspaniyadan olan ifaçının rəqs qrupunda isə tayt və topuqlu çəkmələrdə boyalı iki qadınabənzər kişi səhnədə yer aldılar.  “Eurovision-2024” ün qalibi isə ətək və parlaq çəhrayı bluz geyinmiş və özünü qeyri-binar insan hesab edən İsveçrə reperi oldu. Azərbaycanın bu frik yığıncağının finalına çıxmaması heç də təəccüb doğurmur. Bunun üçün heç məyus olmağa da dəyməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı