USD1,700,00%
EUR1,85–0,08%

Ən dəyərli varlıqlarımız


 |  admin  | 

1 iyun tarixində qeyd olunan Ümumdünya uşaqların müdafiə günü Azəbaycanda xüsusi bayram sayılır. Müasir dünyada yeni nəslin psixologiyasına hansı amillərin təsir etdiyini və ölkəmizdə buna qarşı görülən tədbirlərlə bağlı məlumatı məqaləmizdə oxuya bilərsiniz.

Dövlət statistika komitəsinin məlumatına əsasən bu ilin başlanğıcında Azərbaycanda 0-14 yaş uşaqların sayı 2,25 milyon təşkil edir. Bundan belə nəticəyə gəlmək olar ki, əhalinin dörddə bir hissəsi yeniyetmələrdən ibarətdir. Onların düzgün inkişaf etdirilməsi dövlətin üstünlük verdiyi məsələlərdən biridir.

Hələ müstəqilliyin astanasında olarkən Azərbaycan, BMT-nin Uşaq hüquqları haqqında qətnaməsini qəbul edib. Habelə, ölkəmizdə uşaq hüquqları qanunvericiliyə əsasən tərtib olunmuş normativ aktlar vasitəsilə qorunur.

Gənc nəslin milli ruhda və dini dəyərlərimizə hörmətlə yanaşaraq tərbiyə olunması dövlətimizin gənclərə dair siyasətinin məqsədlərinə daxildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərinə əsasən bu məqsəd bizi digər ölkələrdən fərqləndirən amillərdən biridir. Dövlət başçısı dini dəyərlərə qarşı beynəlxalq aksiyaları təhlükəli tendensiya olaraq qiymətləndirib. «Gənc nəsil yersiz təbliğatlardan uzaq olmalıdır», – İlham Əliyev qeyd edib.

Təhlükənin əsas mənbəyi qərb ölkələridir, belə ki, qloballaşma dövründə əsasən bu ölkələrin dəyərləri bütün dünyada qəbul olunur. Məsələn, keçən il Pensilvaniya ştatında (ABŞ) yerləşən ibtidai məktəbdə ibtidai sinif şagirdləri üçün satanizm klubu açılıb. Tədbir ABŞ-da rəsmi qeydiyyatdan keçmiş dini təşkilat olan «Şeytan Məbədi» tərəfindən təşkil edilib.

Ənənəvi dinlərə qarşı açıq şəkildə qarşı durma -bu prossesin yanlız bir hissəsidir. LGBT-dən ilhamlanaraq cinsi təhsilin verilməsi digər şübhə doğuran məqamdır. Qərb ölkələrində uşaqlara, doğulduğu andan etibarən cinsiyyətinin və cinsi mövqeyinin dəyişdirilə biləcəyi təbliğ olunur. Belə ki, 2022-ci ildə Kaliforniya ştatında uşaq baxçasının işçiləri körpələr üçün trans şənlik təşkil edib, üstəlik tədbirin təşkilətçıları siyahısına cinsiyyətin dəyişdirilməsi əməliyyatlarını həyata keçirən klinika daxil edilib.

Bir il sonra Berlində geylər və lezbiyanlar üçün məsləhətxanada LGBT icmasına aid- müəllimlərdən ibarət ilk uşaq bağçası açılıb. Üstəlik, qurumun direktoru açıq şəkildə pedofiliyanı təbliğ edib: o, uşaqlara qarşı qeyri-sağlam düşüncəyə malik pedaqoqların işə cəlb olunmasını təklif edib.

Digər qərb ölkələrində də pedofiliya aktiv şəkildə təbliğ olunur. Hələ 2021-ci ildə, ABŞ-da trans-professor Ellin Uokerin pedofiliyanın qanuniləşdirilməsinə çağırış məqsədli məqaləsi dərc olunub. Maraqlısı budur ki, bu məqalə, özünü uşaq hüquqlarını qoruyan qurum kimi qələmə verən Prostasia fondu tərəfindən dərc olunub.

Böyük Britaniyada da yeniyetmələrə qarşı cinsi zorakılıq törədənlərin təmizə çıxarılması üçün cəhdlər olunub: Elə həmin ildə ölkədəki şağirdlərə şübhəli şəxslərlə qarşı tolerant şəkildə əlaqə qurulması qaydaları haqqında bukletlərin paylanılması barədə xəbər yayıldı.

Ənənəvi dəyərlərin dəstəklənməsi – əxlaqsızlıq epidemiyasına qarşı ən yaxşı üsuldur. Ümid edirik ki, dövlətimizin düşünülmüş siyasəti nəticəsində Azərbaycan uşaqlarının bu təhlükədən qorumasına nail olacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı