USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Beynəlxalq axtarışa elan edilmənin bəzən kifayət qədər əsası olmur. Və yaxşı ki, bəzən bu, məşhur fitnes məşqçisi Kamil Zeynallı ilə rezonans hadisədə olduğu kimi, həbsdən bir neçə saat sonra aşkar olunur.
Bu günlərdə həmyerlimizi Moskvanın Domodedovo hava limanında polis saxlayıb. Məlum olub ki, Ermənistan hələ ötən ilin mayında Zeynallını beynəlxalq axtarışa verib: İrəvanın versiyasına görə, idmançı Qarabağda yaşlı erməninin başını kəsib. Lakin, tezliklə aşkar olunmuşdur ki, bu ağır ittiham əsassız olmuşdur.
Bu zaman Zeynallı Rusiya ədalətinin obyektivliyində əmin idi və həbs olunduğu andan şübhəsi yox idi ki, onu tezliklə azad edəcəklər. “Mən gözləyirəm və ümid edirəm ki, hər şey düzələcək” – o, polis şöbəsində bildirdi. Və belə də oldu.
Rusiya hüquq-mühafizə orqanları tez bir zamanda aşkar etdilər ki, ittihamın sübut bazası zəifdir. Zeynallını müdafiə edən vəkil Ələkbər Qarayevin sözlərinə görə, Ermənistan tərəfi müvəkkilinin təqsirini təsdiqləyən heç bir sübut təqdim etməyib. Zeynallının həbs müddətinin uzadılması və hətta İrəvana verilməsi üçün heç bir əsas yox idi.
Qanunun aliliyi prinsipinə tam uyğun olaraq bir gün keçməmiş Zeynallı azadlığa çıxdı, Bakıya yollandı.
Bugünkü Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsi və bütün səviyyələrdə dialoq tərəflər arasında yaranan bütün məsələlərin tez bir zamanda həll etməyə imkan verir.
Bir cavab yazın