USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bədən Tərbiyəsi və İdman Günü münasibətilə dövlət müəssisələrində çalışan işçilər arasında voleybol yarışı keçirilib. Tədbir Gənclər və İdman Nazirliyi və Azərbaycan Voleybol Federasiyası ilə birgə təşkil olunub. Turnirdə 6 qadın və 8 kişi komandası iştirak edib və görüşlər olimpiya sistemi üzrə keçirilib. Kişilərdən ibarət komandalar arasında keçirilən yarışın nəticələrinə görə birinci yeri Fövqəladə Hallar Nazirliyinin komandası, ikinci və üçüncü yerləri isə SOCAR və AZAL-ın komandaları qazanıb. Qadınların yarışında ən yaxşılar SOCAR, Dövlət Gömrük Komitəsi və AZAL olub. Bağlanış mərasimində Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov qalibləri təbrik edib və onlara layiqli mükafatlar təqdim edib.
Bir cavab yazın