USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Su İdmanı Sarayında ölkənin 21 dövlət qurumundan 72 iştirakçı arasında üzgüçülük üzrə yarışlar keçirilib. Sərbəst üzgüçülər arasında 50 m məsafəyə üzgüçülük yarışlarında birinci yerləri Emil İbrahimov (Daxili İşlər Nazirliyi) və Nərgiz Nəsirova (Daxili İşlər Nazirliyi) tutublar. 50 m estafet və qarışıq estafet yarışlarında da Daxili İşlər Nazirliyinin nümayəndələri qalib olublar. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.
Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər. Müsabiqənin məqsədi oturaq həyat tərzi keçirən insanları sağlam həyat tərzinə təşviq etmək və cəlb etməkdir. İdarə dövlət qurumları arasında daha 30-a yaxın turnir keçirməyi planlaşdırır.
Bir cavab yazın