USD1,700,00%
EUR1,85–0,08%

Dolu anbarlar


 |  admin  | 

Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsalını artırır: keçən il ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün dövlət büdcəsinin xərcləri təxminən 40 %-dək artıb. Bu zaman sakinlərin ərzaqla təmin olunmasında vacib rolu hələ də ən yaxın qonşularla qarşılıqlı biznes oynayır. ASK sahəsində Azərbaycan kiminlə və nə ilə ticarət edir, bizim materialımızda oxuyun.

2023-cü ilin yanvar ayından noyabr ayınadək Azərbaycandan qeyri-neft ixracı 3 milyard dollardan çox təşkil edib, bu isə inişilin göstəriciləri ilə müqayisədə 10,5% çoxdur. Xarici alıcılar arasında ən çox tələb olunanlardan pomidor, fındıq və xurma olmuşdur.

Azərbaycanın qeyri-neft məhsullarının idxalçıları – aparıcı ölkələr üçlüyünün başında Rusiya durur, hansının alışının həcmi 22%-dək artıb və 1 milyard dollara çatıb. Üçlükdə ikinci yeri Türkiyə (728 milyon dollardan çox), üçüncü yeri Gürcüstan (təxminən 300 nilyon dollar) tutub.

Azərbaycan həmçinin ASK məhsullarını xaricdən alır. Belə ki, bizim ərzaq təhlükəsizliyimizin təmin olunmasında böyük rolu Rusiya buğdasının tədarükü oynayır.

Hər il bizim ölkəmiz 3,5 milyon ton taxıl istehlak edir, hansının 40 %-ni xaricdən gətirirlər. Bu zaman buğdanın təxminən 80%-ni Azərbaycan Rusiya tədarükçülərindən alır. Lazım olduqda tədarükün həcmi artırılır: ötən ilin yanvar ayından sentyabr aylarınadək RF-dan idxal 10%-dək artıb və 639 min ton təşkil edib.

ASK sahəsində Azərbaycanla Rusiyanın müəyyən regionları da qarşılıqlı fəaliyyət göstərir. Belə ki, 2023-cü ildə ölkəmiz Stavropol diyarından əsas taxıl idxalçısı olmuşdur – biz oradan 467 min tondan çox buğda, qarğıdalı, arpa, darı, yulaf və noxud gətirdik. Dekabrın sonunda Azərbaycana Kurqandan bişmiş mal ətinin ilk partiyaları daxil olmuşdur, yanvarda isə Həştərxan ölkəmizə balıq məhsullarının göndərilməsinə başlayıb.

Öz növbəsində Azərbaycanın aqrarları Rusiya vətəndaşlarını pomidorla təmin edirlər. Ötən ilin 10 ayı ərzində bu tərəvəzlərin ixracının təxminən 98%-i Rusiya alıcıların payına düşüb. Biz həmçinin RF-na payızın sonunda yaranan yumurta qıtlığının öhdəsindən gəlməyə kömək etdik – RF-na Azərbaycandan artıq 3,6 milyon yumurta daxil olub.

Uğurlu qarşılıqlı ərzaq ticarətinə səmərəli qurulmuş nəqliyyat və logistika infrastrukturu kömək edir. Azərbaycan və Rusiya “Agroexpress”in sürətləndirilmiş çatdırılma üzrə layihəni birgə hazırlayırlar. Bizim ölkələrimiz İran və Hindistana marşrutu genişləndirməyi planlaşdırırlar, bu isə malların çeşidini daha da müxtəlifləşdirməyə imkan verəcəkdir.

Bizim ölkələrimiz aqrar-sənaye kompleksi sahəsində aktual məsələləri də birgə həll edirlər. Yanvarın 22-də Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və RF Baş nazirinin müavini Aleksey Overçuk digər məsələlərlə yanaşı, iki ölkə arasında kənd təsərrüfatı infrastrukturunun təkmilləşdirilməsini müzakirə ediblər.

Görüşün yekunları üzrə tərəflər növbəti üç il üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə yol xəritəsini imzalayıblar. Bu sənəddə ticari-iqtisadi, nəqliyyat və aqrar sahələrdə, həmçinin ərzaq təhlükəsizliyi məsələlərdə qarşılıqlı fəaliyyət üzrə konkret addımlardan deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı