USD1,700,00%
EUR1,85–0,08%

Doğum evi sökülməyəcək


 |  admin  | 

Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Şamama Ələsgərova adına 5 saylı Kliniki Doğum Evinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı təkzib edir. Rəsmilər binanın damında təmir işlərinin planlaşdırıldığını bildirir.

Bakının Qurban Abbasov küçəsi, 93 ünvanında yerləşən keçmiş Krupskaya doğum evinin söküləcəyi xəbəri internet istifadəçilərinin kəskin etirazı ilə qarşılanıb. Rəsmilər iddia edirlər ki, 1930-cu ildə tikilmiş bina Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin balansındadır və dam örtüyü təmir edildikdən sonra bütün binanın bərpası nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı