USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Keçən həftə Böyük Britaniya və Fransa vətəndaşlarının maraqlarını hökumət orqanlarında təmsil edəcək şəxslər seçildi. Səsvermənin nəticələri və sürprizlər barədə məqaləmizdə oxuyun.
Qərb ölkələri digər ölkələrin daxili siyasətinə müdaxilə etmək istəyir və Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi qismində özlərini təqdim edir. Yeri gəlmişkən deyə bilərik ki, onlar öz ölkələrində vətəndaşların asayişini qorumağa nail ola bilmir. Fransa və Böyük Britaniyadakı növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən bu qənaətə gəlirik.
Fransada növbədənkənar seçkinin həyata keçirilməsinə səbəb parlamentin buraxılması oldu: Hakim partiyanın Avropa Parlamenti seçkilərində əldə etdiyi uğursuzluğun ardından ölkə prezidenti Emmanuel Makron bu addımı atdı.
Milli Assambleyada keçirilən seçkilərin ikinci turunun nəticələrinə əsasən, üçüncü yeri Marin Le Penin Milli Cəbhə partiyasının rəhbərlik etdiyi sağ koalisiya əldə edib. Eyni zamanda, sağ koalisiya əvvəlki nəticə ilə müqayisədə daha 52 mandat qazanıb. Seçkilərdə liderliyi sol qüvvələrin “Yeni Xalq Cəbhəsi” koalisiyası və prezidentin rəhbərlik etdiyi, mərkəzi mövqeni təmsil edən “Birgə!” koalisiyası ikinci yeri tutdu
Nəticələr bizi təəccübləndirməməlidir. Ölkədə yeni mənzillərin qiyməti durmadan artır və sadə vətəndaşlar üçün əlçatmaz olur. Hal-hazırda mənzilin kvadrat metrə əsasən təxmini qiyməti 4,8 min avro, Parisdə isə 10 min avrodan çoxdur. Fərdi yaşayış evlərinin qiymətində 35% artım olub.
Kənd təsərrüfatına da iqtisadi böhran öz təsirini göstərir. Yeni Akvitaniya ərazisində son 20 il ərzində hər 4 fermadan biri bağlanıb, mal-qara sayında isə yüz minlərlə azalma müşahidə olunub, şərab istehsalı demak olar ki, dayandırılıb.
Eyni zamanda dövlətin xarici dövlətlərə olan borcu artıb: hal-hazırda ÜDM-in 110%-i təşkil edir. Lakin Fransa hökuməti daxili problemlərin həlli ilə məşğul olmaq yerinə, Ukrayna, Cənubi Qafqaz və Afrikadakı münaqişələrə müdaxilə etməyə üstünlük verir.
Yeri gəlmişkən, birinci turda ən çox səsi Le Penin rəhbərlik etdiyi Milli Cəbhə koalisiyası toplayıb (33,15%). Bu isə Fransada yaxın gələcəkdə “sağ qüvvələrin” hakimiyyətə gəlmə ehtimalını artırır.
Böyük Britaniyada da oxşar vəziyyət müşahidə olunur. 14 ildən sonra leyboristlər Birləşmiş Krallıqda ilk dəfə hakimiyyətə gəlib. Onlar 412 mandat əldə edərək İcmalar palatasında mütləq üstünlüyə nail oldular. Hakim Mühafizəkarlar partiyası seçkilərdə uğursuzluq əldə edərək ikinci yerin sahibi oldu. Seçkilərdə üçüncü yeri Brexit ideologiyasının müəlliflərindən biri Nigel Farage-ın rəhbərlik etdiyi sağ populist partiya əldə edib.
Bir çox analitiklərin fikrincə Britaniyada seçkilərin belə nəticələnəcəyi əvvəlcədən məlum idi. Mühafizəkarlar Partiyasının üzvlərinin, yəni torilərin reytinqi 2021-ci ilin noyabr ayından etibarən mütəmadi olaraq aşağı düşüb. Rişi Sunak 2022-ci ildə Böyük Britaniyanın baş naziri olduqdan sonra, partiyaların göstəriciləri arasındakı fərq ən yüksək həddə çatdı: leyboristlər 52% və torilər 22%
Hakim partiyanın sosial problemlərin aradan qaldırılmasındakı nəticələri vətəndaşları məyus etdi. Britaniya fiksal araşdırmalar İnstitutunun direktoru Pol Consun sözlərinə əsasən, hal-hazırda Böyük Britaniya ərazisində son 70 ilin ən böyük böhranı müşahidə olunur. Ölkədə işsizlik səviyyəsi, evsiz insanların sayı sürətlə artır, nəqliyyat problemlərinin həll olunmasında heç bir nəticə əldə olunmur. Lakin öz vətəndaşlarına kömək etmək yerinə Sunak hökuməti Ukraynaya maliyyə dəstəyi göndərib.
Yeri gəlmişkən, qalib Leyboristlər Partiyasının lideri və Böyük Britaniyanın yeni baş naziri Keir Starmer artıq bir sıra islahatların keçiriləcəyini açıqlayıb. Bu islahatların seçicilərin ümidlərini doğruldacağı da – sual altındadır. Lakin, məlum məsələdir ki Böyük Britaniya NATO və Kiyevi dəstəkləməyə davam edəcək. Beləliklə növbəti seçkilərin nəticələrinə əsasən hakimiyyətə yenidən daha sağ mövqe yönümlü tori-nin gələcəyi istisna edilmir.
Londonun Kraliça Meri Universitetinin professoru Tim Beyl Mühafizəkar partiyanın daxilində “sağ qüvvələrin” üstünlüyünün qaçınılmaz olduğunu qeyd edib. Onun fikrinə əsasən, Farage-nin partiyasının əldə etdiyi uğur Mühafizəkar partiyasının da belə bir addım atmasına təşəbbüs göstərəcək. Ekspert əminliklə bəyan edib – “Mühafizəkarların növbəti lideri sağ düşüncələrə malik siyasətçi olacaq”.
Eyni zamanda Avropadakı sağ qüvvələr birləşərək öz təsir dairəsini genişləndirirlər.
Hal-hazırda Avropa dövlətlərinin hökumətləri Avropada məscidlərin dağıldılması və Quranın yandırılmasını dəstəkləyirsə, sağ qüvvələr hakimiyyətə gəldikdən sonra nə olacağı məlum deyil. Azərbaycanın bu hadisələr baş verməzdən qabaq Avropa Şurasının Parlament Assambleyasını tərk etməsini yalnız alqışlamaq olar.
Bir cavab yazın