USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycanda çimərlik mövsümü rəsmən başlayıb və açıq elan edilib. Fövqəladə Hallar Nazirliyi vətəndaşlara təhlükəsizliklə bağlı xəbərdarlıq edir – yalnız bunun üçün icazə verilən yerlərdə çimmək olar. Rayonlardakı süni göllərdə, suvarma kanallarında və su anbarlarında çimmək üçün nəzərdə tutulmadığından çimmək qadağandır.
Həmçinin üzgüçülük zonasının müəyyən edilmiş hüdudlarından kənara çimmək, küləkli havada dənizə girmək, balıq tutmaq və çimərlikdə gecələmək, orada sərxoş vəziyyətdə olmaq, uşaqları çimərlikdə nəzarətsiz qoymaq qadağandır. Xilasedicilərin xəbərdarlıq nişanlarının göstərişlərinə, çağırışlarına və tələblərinə əməl etmək lazımdır.
Bir cavab yazın