USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan komandası medal sıralamasında ikinci yeri tutub. İdmançılarımız ümumilikdə 16 medal – 5 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıblar. Qaliblərimizi təbrik edirik!
Yunan-Roma güləşi üzrə Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq) çempion olublar. Ülvi Qənizadə (72 kq) və Rəşad Məmmədov (55 kq) gümüş, Beka Kandelaki (130 kq) bürünc medal qazanıb.
Qadınların heyətində Mariya Stadnik (50 kq) və Alena Kolesnik (59 kq) birinci, Elis Manolova (65 kq) isə üçüncü yerləri tutmuşlar.
Sərbəst üslubda ikinci yeri Maqomedxan Maqomedov (97 kq), Nurəddin Novruzov (61 kq), İslam Bazarqanov (57 kq), əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseniy Djioyev (86 kq) və Georgi Meşvildişvili (120 kq) üçüncü yeri tutublar.
Bir cavab yazın