USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Hərbi xidmətdən yayınanlar üçün saxta sənəd hazırlayan şəxs barəsində cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında “The Times Azerbaijan” MMC-nin təsisçisi və direktoru Ceyhun Hacıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri, o cümlədən sənədləri saxtalaşdırma və qanuni əsas olmadan hərbi xidmətə çağırışdan yayınmağı təşkil etmə maddələri ilə ittiham olunub. İş məhkəməyə göndərilib.
İlkin məlumata görə, H.Hacıyev bəzi şəxslərin xarici ölkələrin ali məktəblərinə bakalavriat və magistraturaya qəbulu ilə bağlı saxta sənədlər hazırlayaraq hərbi xidmətdən yayınmağa kömək edib. Həmin çağırışçılar daha sonra çağırışdan möhlət almaq üçün hərbi komissarlığa saxta arayış təqdim ediblər.
Bir cavab yazın