USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Təhsil İnstitutu “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində Cəlilabad rayonundakı üç məktəbdə 3-5 yaşlı uşaqlar üçün xüsusi vasitələrlə təchiz olunmuş icma tipli məktəbəqədər təhsil sinifləri təşkil edir. Dərslər həftədə 4 dəfə 2-2,5 saat olmaqla keçiriləcək.
Hazırda müəllimlərin işə qəbulu artıq elan olunub. Layihə çərçivəsində onlar üçün mütəmadi olaraq təlimlər keçiriləcək.
“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi ölkədə məktəbəqədər təhsilin keyfiyyətini və əlçatanlığını yaxşılaşdırmaq, icmalarla məktəblər arasında əlaqəni gücləndirmək məqsədi daşıyır.
Bir cavab yazın