USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bu gün bir çox dünya ölkələrində ekoloji Biliklər gününü qeyd edirlər. Bu əlamətdar gün münasibətilə hazırladığımız məqalədə təbiətin qorunması üçün Azərbaycanın nə etməsi barədə oxuyun. Bəs siz təbiətə kömək edirsiz?
2024-cü il Azərbaycanda yaşıl dünya naminə Həmrəylik ili elan edilmişdir. Və bizim ölkəmiz həqiqətən də ətraf mühitin mühafizəsi üçün real addımlar atmağa hazır olan hər bir kəs ilə qüvvəsini birləşdirməyə hazırdır.
Azərbaycanda noyabr ayında BMT-nin iqlim dəyişiklikləri üzrə Konfransının 29-cu sessiyası (COP29) keçiriləcəkdir. Bu böyük miqyaslı tədbirə bizim ölkəmiz tək hazırlaşmır. Bu yaxınlarda bu barədə Azərbaycanın XİN-nin rəhbəri Ceyhun Bayramov Belarusda MDB Xarici İşlər Nazirlərinin Şurasında danışmışdır. Onun sözlərinə görə Bakıda COP29-un təşkil edilməsi və MDB çərçivəsində yaşıl enerjiyə keçid bu sahədə əməkdaşlığın inkişafını sürətləndirəcəkdir. Artıq indi bizim ölkəmiz bərpa edilən ehtiyatlardan istifadə edən elektrik stansiyalarının yaradılmasına əcnəbi tərəfdaşları cəlb edir.
Baltikyanı ölkələrin xətti üzrə ayrıca iş aparılır. Xəzər dənizinin sürətlə dayazlaşması regionda həyəcan yaradır.
Azərbaycanın Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin ekoloji siyasət şöbəsinin rəis müavini Rafiq Verdiyevin sözlərinə görə XXI əsrin əvvəllərindən Xəzərin səviyyəsi Dünya okeanının səviyyəsindən -29 metrə qədər azalmışdır. Bunun qarşısını yalnız regionlararası əməkdaşlıq ala bilər.
Xəzəryanı ölkələr – Azərbaycan, İran, Qazaxstan, Rusiya və Türkmənistan arasında – Xəzərin statusu haqqında Konvensiya və Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında çərçivə konvensiyası qüvvədədir. Bu sənədlər su hövzəsinin təbii sərvətlərindən istifadə və Xəzərdə ekoloji təşəbbüslərin həyata keçirilməsi qaydalarını müəyyən edir. Bundan əlavə regionun ekoloji məsələləri müntəzəm olaraq Xəzər sammitində və digər müzakirə meydançalarında müzakirə olunurlar. Ötən ilin noyabr ayında Bakı Xəzəryanı dövlətlərə Xəzərin birgə ekoloji monitorinqlərinin keçirilməsini təklif etmişdir.
Yaşıl diplomatiya çərçivəsində Azərbaycan Rusiya ilə də sıx əməkdaşlıq edir. Bizim ölkələr birlikdə iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərini hazırlayırlar. Rafiq Verdiyevin sözlərinə görə bir sıra birgə layihələr planlaşdırılmışlar. “Onların əsas məqsədi – meşələrin, bitki örtüyünün salınması, sahil mühafizə zonasının möhkəmləndirilməsi, eroziya, səhralaşma ilə mübarizə yolu ilə su ekosistemlərini, habelə biomüxtəlifliyi qoruyub saxlamaqdır. Bütün bu tədbirlər hövzənin iqlim dəyişikliklərinə müqavimətinə və su ehtiyatlarının qorunub saxlanmasına səbəb olacaqlar” – deyə Verdiyev bildirmişdir.
Ötən ilin dekabr ayında Azərbaycan və Rusiya alimləri Samur çayının – Xəzər hövzəsində ən iri çaylardan birinin qorunub saxlanmasına istiqamətlənmiş ilk birgə ekspedisiyada olmuşlar. Bakının su təchizarı bilavasitə bu çaydan asılıdır, buna görə də birgə səy göstərməklə biz artıq indi Azərbaycanın qarşılaşdığı içməli su çatışmazlığının qarşısını almalıyıq.
Müzakirə üçün daha bir mövzu – gənclərin ekoloji siyasətidir. Gənclərin təşəbbüs forumlarında tez-tez ekoloji gündəlik məsələləri müzakirə olunur. Beləliklə #ArtRecycling sosial-ekoloji layihəsi yaradılmışdır: onun iştirakçıları Xəzər dənizinin çimərliklərini tullantılardan təmizləyirlər və məişət tullantılarından yaradıcı instalyasiyalar yaradırlar.
Bir cavab yazın