USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Mayın 14-dən 19-dək Tatarıstanda “Rusiya– İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumu keçirilmişdir. Bu il forumun əsas mövzusu belədir – “Etibar və əməkdaşlıq.” Tədbirə Yunus Axmetzyanov adına gənc aşpazların turnirinin iştirakçıları da daxil olmaqla Azərbaycan nümayəndə heyəti də gəlmişdi. Bu yemək müsabiqəsində arzu edən hər kəs iştirakçı ölkələrin ənənəvi mətbəxini dada bilər. Forumda daha hansı tədbirlərin baş verdiyini öyrənmək üçün, məqaləmizi oxuyun. Bəs siz əcnəbilər üçün hansı milli yeməyi hazırlayardınız?
Son illərdə Rusiya İslam dünyası ilə fəal şəkildə əməkdaşlıq etməyə davam edir. Hər il Kazanda keçirilən iqtisadi forum Tatarıstan və bütövlükdə Rusiya biznes birliyi üçün müsəlman dövlətləri ilə işgüzar əlaqələrin möhkəmləndirilməsində ən vacib platformadır.
Tatarıstanın başçısı Rüstəm Minnixanov cari Forum çərçivəsində bildirib ki, təkcə ötən ilin yekunlarına əsasən respublikanın İslam əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri ilə ticarət dövriyyəsi 83% artaraq 5,7 milyard dollara çatmışdır. KazanForum bunda özünəməxsus rol oynadı.
Bu il Əlcəzair, Əfqanıstan, Bəhreyn, Misir, İndoneziya, İran, Qazaxıstan, Qətər, Küveyt, BƏƏ, Tacikistan, Özbəkistan və bir çox başqa ölkələrin nümayəndələri Tatarıstanın paytaxına gəliblər. Azərbaycan da onların arasındadır.
KazanForum işgüzar proqramı bir neçə tematik istiqaməti birləşdirir: biznes, turizm, elm və texnologiya, beynəlxalq əməkdaşlıq, idman, İslam maliyyəsi və investisiyalar. Ayrı bir istiqamət halal sənayesinə həsr edilmişdir. “Kazan Expo” BSM-də “Russia Halal Market” sərgi-yarmarkası işə başlayıb.
Ənənəvi olaraq forumda onlarla beynəlxalq saziş imzalanır. Bu ilin müqavilələri arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Tatneft” ASC arasında əməkdaşlığa dair yeni yol xəritəsi var.
Konfransın işində işgüzar dairələrin nümayəndələri ilə yanaşı, hakimiyyət nümayəndələri də iştirak edirlər. Belə ki, mayın 17-də forum çərçivəsində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Hökumətinin sədr müavini Aleksey Overçukun çıxış etdiyi AZPROMO və Rusiya Ticarət Nümayəndəliyinin dəyirmi masası keçirilib.
Dəyirmi masanın yekunlarına əsasən Bakı və Moskva Sumqayıt Kimya Sənaye Parkında birgə layihə yaratmaq barədə razılığa gəliblər: müvafiq saziş Tatarıstanın “Ximqrad” texnopolisi və Azərbaycanda iqtisadi zonaların İnkişafı Agentliyi tərəfindən imzalanıb. Layihənin burada öz istehsal sahələrini açacaq Rusiya müəssisələrini ölkəmizə cəlb edəcəyi gözlənilir.
Gəmiqayırma sahəsində əməkdaşlıq üçün də yaxşı perspektivlər açıqdır: Bakı Gəmiqayırma Zavodu Həştərxan tərsanələri ilə birgə layihələr həyata keçirməyə başlaması istisna deyil.
Daha əvvəll Bakıda Azərbaycan ilə Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın IV iclası keçirilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Sənaye və ticarət naziri Oleq Korobçenko iqtisadi tərəfdaşlığın inkişafı və ticarət əlaqələrinin möhkəmləndirilməsi istiqamətlərini müzakirə ediblər.
Hazırda Rusiya ölkəmizin iqtisadiyyatına 9 milyard dollardan çox, Azərbaycan isə öz növbəsində Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə yatırıb. Bu rəqəmlərin ildən ilə yalnız artacağına inanmaq üçün bir əsas var. O cümlədən KazanForum-da iştirakı sayəsində ölkəmiz yeni işgüzar tərəfdaşlarla ortaq dil tapa, uzun müddətdir münasibət saxladığı ölkələrlə əlaqələri gücləndirə biləcək.
Bir cavab yazın