USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
İlin əvvəlində Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırdı. Ölkəmiz bu strukturda digərləri ilə yanaşı REAL-ın nümayəndələri ilə təmsil olunurdu, lakin onlar da bəzi məmurlar kimi ölkənin milli maraqlarını müdafiə etməkdənsə, öz ciblərini doldurmağı düşünürdü. Niyə belə olduğu haqqda məqalədə oxuyun.
Azərbaycan “Respublikaçı Alternativ” Partiyası 2009-cu ildə qərbyönlü partiya kimi yaradılıb. 2009-cu ildə REAL müxalifətdən ayrılaraq iqtidaryönlü çevrələrə qoşuldu, lakin bu driftin yalnız ictimaiyyət üçün oyun olduğunu düşünməyə əsaslar var.
Bir çox ekspertlər REAL-ın siyasi ikiüzlülüyündən danışır. 2023-cü ilin dekabrında Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Milli İctimai Komitəsinin üzvü Toğrul Cuvarlı, partiyanın taktiki səbəblərə görə radikal ritorikadan qaçdığını və potensial seçiciləri qorxutmamaq üçün mahiyyətcə rəsmi hakimiyyəti imitasiya etdiyini vurğulamışdı.
Xüsusilə REAL-ın həmtəsisçisi, deputat Erkin Qədirli bunu edir. Eyni gündə partiya üzvlərinin əvvəlcə ABŞ, Fransa və Aİ nümayəndələri ilə, daha sonra Azərbaycan Prezidentinin Administrasiyası ilə görüşmələri partiya üzvlərinin dürüst davranmadığını göstərir .
Ötən ilin əvvəlində ölkəmiz “Siyasi partiyalar haqqında” qanunu yenicə qəbul edəndə REAL ABŞ və Aİ-nin dəstəyi ilə AŞPA-nın monitorinq komitəsinə müraciət edərək Avropa Şurasının Venesiya Komissiyasının qanuna nəzarət etməsini tələb etmişdi.
Partiya nümayəndələri növbədənkənar prezident seçkilərini də tənqid edirdi. Əvvəlki illərdə olduğu kimi, yenə də ölkədə seçki sisteminin mükəmməl olmamasından qəti şəkildə danışırdılar. Lakin partiya öz prezidentliyə namizədini irəli sürməkdən imtina etmişdi. Azərbaycanda seçkinin nəticələri açıqlananda isə “Respublikaçı Alternativ” Partiyasının Siyasi Komitəsinin sədri İlqar Məmmədov İlham Əliyevi təbrik etdi.
“Sizi prezident seçkilərindəki qələbəniz münasibətilə təbrik edirəm… və ölkədə demokratiyanın inkişafında keyfiyyət dəyişiklikləri üçün fürsət ola biləcək qarşıdan gələn parlament seçkilərində rəhbərlik etdiyiniz partiya ilə ədalətli və bərabər rəqabət arzulayıram”, – deyə riyakarlıqla qeyd etmişdi.
Bu kontekstdə “Respublikaçı Alternativ”in Avropa strukturları ilə əlaqə qura bilməməsi təəccüblü deyil. Avropa Şurası Parlament Assambleyasındakı partiya nümayəndələri Azərbaycanın adını belə çəkmədən Aİ, ABŞ və Ukraynanın maraqlarını müdafiə ediblər. AŞPA-nın tərkibində formal olaraq soydaşlarımızın olmasına baxmayaraq, son nəticədə Azərbaycan əleyhinə sənədlər qəbul etməsi və Bakını qurumla əməkdaşlığı dayandırmağa məcbur etməsi təbiidir.
Yeri gəlmişkən, hazırda digər müxalifət partiyalarının boykot çağırışlarına baxmayaraq, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə bir sıra REAL üzvləri namizədliyini irəli sürüb. Bu, “Respublikaçı Alternativ” nümayəndələrinin qibtə ediləcək ardıcıllıqla nümayiş etdirdikləri ikiüzlülüyün daha bir sübutudur.
Bir cavab yazın