USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Sentyabrın 29-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi, 5 (Gənclik metrosunun yanı) ünvanında arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilir. Ölkənin hər yerindən gələn arıçılar 120 tona yaxın arıçılıq məhsulları təqdim edirlər: 105 ton bal, 12 ton pətək və 3 ton digər arı məhsulları.
Yarmarkada balın keyfiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılıb, yalnız keyfiyyət və qida təhlükəsizliyi standartlarına cavab verən məhsulların satışına icazə verilir. Tədbir Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Bir cavab yazın