USD1,700,00%
EUR1,85–0,08%

Bakıda xeyriyyə konserti keçirilib


 |  admin  | 

Qarabağ Dirçəliş Fondu və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib. Orada Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı, “Qaytağı” instrumental ansamblı, xalq artisti Ənvər Sadıqov və əməkdar artist Emil Əfrasiyab çıxış ediblər.

Filarmoniyanın foyesində ziyarətçilər üçün “Qarabağda Urbisid” adlı fotosərgi təşkil olunub. Layihəyə dəstək verən fəal vətəndaşlara xüsusi paket və “Təşəkkürnamə” təqdim olunub. Konsertdən əldə olunan gəlir işğaldan azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin yenidən qurulmasına sərf olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı