USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Qanunsuz taksi sürücülərinə qarşı mübarizə məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Quru Nəqliyyatı Agentliyi birgə reyd keçirib. Qanunsuz taksi xidməti göstərən 150-dən çox sürücü müəyyən edilib. Sürücülərə cərimələr verilib, qanun çərçivəsində işləmək zərurəti ilə bağlı izahat xarakterli söhbətlər aparılıb.
Sürücülərə tapşırılıb ki, taksi sahəsində qanuni fəaliyyət göstərmək üçün onlardan icazə və giriş kartı almalı, istismar müddəti 15 ildən çox olmayan avtonəqliyyat vasitələrindən istifadə etməlidirlər. 1 iyul 2024-cü il tarixinədək kart üçün müraciət edə bilərsiniz. Bu tarixdən sonra avtomobilin xidmət müddəti 8 ildən çox olmayacaq.
Bir cavab yazın