USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Paytaxtın 8 noyabr prospekti üzərində müasir memarlıq üslubunda yerüstü bir aşırımlı piyada körpüsü tikilir. O, Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirəcək. 230 metr uzunluğundakı körpü polad kabellərdən istifadə etməklə bir dayaqdan asılacaq metal tir konstruksiyasına malikdir. Körpünün eni 7,20 metrdən 13,18 metrə qədər olacaq.
Körpünün tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilən “Bakı-Ağ Şəhər” yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində həyata keçirilir.
Orijinal dizaynda tikilən körpü yerli sakinlər və turistlər üçün cəlbedici məkana çevriləcək.
Bir cavab yazın