USD1,700,00%
EUR1,85–0,08%

Bakıda opera festivalı keçiriləcək


 |  admin  | 

Aprelin 27-dən mayın 3-dək Fidan Hacıyeva adına birinci Beynəlxalq Opera Festivalı keçiriləcək. Yeddi gün ərzində müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri səsləndiriləcək. Festivalda ölkənin hər yerindən 6 yaşdan 16 yaşadək gənc istedadlar, eləcə də tanınmış ifaçılar, o cümlədən xarici ustadlar iştirak edəcək.

Azərbaycan ifaçıları arasında xalq artistləri Gülnaz İsmayılova, Samir Cəfərov, Azər Zeynalov, əməkdar artistlər Ramil Qasımov, Fərid Əliyev, Anar Şuşalı, Fəridə Məmmədova, Anton Ferştandt, Cahangir Qurbanov, İlahə Əfəndiyeva, İnarə Babayeva, Afaq Abbasova, Tural Ağasıyev, MEZZO qadın Kamera Orkestri və digər artistlər çıxış edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı