USD1,700,00%
EUR1,85–0,08%

Bakıda milli şirniyyatlar hazırlanıb


 |  admin  | 

Müstəqillik Günündə “Qərbi Azərbaycanın şirin inciləri” qrant layihəsi çərçivəsində paytaxtda milli şirniyyatların hazırlanması üzrə müsabiqə keçirilib. Birinci yeri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində fəaliyyət göstərən Humanitar Kollecin komandası tutub. Münsiflər heyəti həmçinin ən yaxşı işlərə sertifikat və diplomlar təqdim edib.

Müsabiqədə ADMİU-nun Humanitar Kolleci, Azərbaycan Turizm və Menecment Universiteti və ADMİU iştirak edib. Tədbirdə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Əməkdar Mədəniyyət İşçisi Tahir Əmiraslanov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Fuad Rzazadə, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının prezidenti Tural Musayev və digər fəxri qonaqlar iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı