USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Aprelin 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasının zalında tanınmış teleaparıcı, dilçi, tarixçi-bələdçi Fuad Axundovun təşkilatçılığı ilə yaradıcılıq gecəsinin keçirilməsi planlaşdırılır. “Əli və Nino şəhəri” adlı tədbir Azərbaycanın bütün tarixsevərlərini sevindirəcək.
Gecənin iştirakçıları Fuad Axundovla birlikdə məşhur romanın əsas məqamlarını xatırlayacaq, qəhrəmanları və onların böyük məhəbbətini müzakirə edəcəklər.
Fuad Axundov 40-dan çox məqalə və nəşrin, filmlərin və “Bakı sirləri” televiziya proqramının müəllifidir. Onun hobbisi inqilabdan əvvəlki Bakının tarixi və memarlıq araşdırmalarıdır.
Bir cavab yazın