USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində 1994-cü ildə rejissor Cənnət Səlimovanın Nikolay Qoqolun əsəri əsasında səhnələşdirdiyi “Dəlinin qeydləri” təknəfərlik tamaşasının 30 illiyi qeyd olundu. Beynəlxalq festivallarda rəğbət qazanan bu tamaşa son illərdə Əməkdar Artist Şövqi Hüseynovun da iştirakı ilə diqqət çəkib.
Bu il “Dəlinin qeydləri” povestinin yaradılmasının 190 illiyi tamam olur. Əsər öz gündəliyində yaradıcılığı və ətrafındakı insanlar haqqında sadə qeydlərdən başlayaraq İspaniya kralı olmaq fantaziyaları ilə bitən reallıqdan dəliliyə səyahətini əks etdirən qəhrəman Aksentiy Poprişinadan bəhs edir.
Bir cavab yazın