USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Bakının Xətai Rayon İcra Hakimiyyətinin binası qarşısında “Azərbaycanım” VII Beynəlxalq Uşaq və Gənclər Rəsm Festivalı keçirilib. Festivalın təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi və s. Tədbir Azərbaycanın Müstəqillik Gününə həsr olunub.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı, professor Ağəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və digər fəxri qonaqlar iştirak edib, festival iştirakçılarını təbrik edib, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıblar. Festival çərçivəsində musiqi və rəqs nömrələri təqdim olunub, həmçinin Səbinə İskəndərin akvarel rəssamlığı üzrə ustad dərsi keçirilib, burada iştirakçılar bir böyük vərəqdə akvarel işləri yarada biliblər.
Bir cavab yazın