USD1,700,00%
EUR1,85–0,08%

Bakıda avtobuslar dəyişdiriləcək


 |  admin  | 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, Bakıda 100-dən çox marşrut xətti üzrə standartlara cavab verməyən avtobuslar fəaliyyət göstərir. Nəqliyyat infrastrukturunun modernləşdirilməsi çərçivəsində avtobus parkının yenilənməsi və mövcud marşrut xətlərində dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Yeni nəqliyyat ekoloji cəhətdən təmiz olacaq və nağdsız ödəniş imkanına malik olacaq. Qeyd olunur ki, hazırda 80 marşrut xətti üzrə 600-dən çox avtobus nağdsız ödəniş sisteminə qoşulmayıb və onlardan 350-də nağdsız ödəniş sisteminə keçid texniki cəhətdən mümkün deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
Sosial şəbəkələr


© Yerli.media. Bütün hüquqlar qorunur. 18+

Yuxarı