USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Azərbaycan Baş Prokurorluğunun nümayəndələri bildiriblər ki, paytaxt ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı vətəndaşların şikayətləri üzrə aparılan araşdırmalar zamanı 198 ağacın kəsilməsi, təbiətə 413 min manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 2 cinayət işi başlanıb.
Aydın olur ki, ağacların qanunsuz kəsilməsi və külli miqdarda ziyan vurması və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə cinayət işi aparılır. Günahkarlar dairəsi qurulur. Həmçinin qeyd edilir ki, artıq dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi təmin edilib.
Bir cavab yazın