USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Nizami Kino Mərkəzində ölkənin ilk mobil film festivalı CINEMO-nun qaliblərinə mükafatlar təqdim olunub. Azərbaycanın 15 şəhərindən iştirakçılar münsiflər heyətinə 150 film göndərib, onlardan 70-i seçilib (34 bədii film, 17 sənədli film, 19 sosial çarx). Festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Kino Agentliyinin dəstəyi ilə baş tutub.
“Sosial video” nominasiyasında birinci yeri Məmədəli Əbilovun “Qismət” filmi, ikinci yeri Fikrət Gündüzlünün “Gəlincik” filmi, üçüncü yeri Azər Kazımovun “Mənim adım autizmdir” filmi tutub.
“Sənədli film” nominasiyasında birinci yeri Taleh Urfansoyun “Alovla vartanlar”, ikinci yeri Səbirə Nurullayevanın “Şərqiyyə” filmi, üçüncü yeri isə Əminə Həsənovanın “Gəncliyin sirri” filmi tutub.
“Bədii film” nominasiyasında birinci yerə Dilavər Manafovanın “44 ölçü”, ikinci yerə Şirin Əhmədovun “Bayram hədiyyəsi”, üçüncü yerə Aydan Qafarovanın “Bağlıdır-açıqdır” filmi layiq görülüb.
Bundan əlavə, ən gənc və ən yaşlı iştirakçılar – 14 yaşlı Səma Abdullayeva və 64 yaşlı Oleq Namazov diplomlarla təltif olunublar.
Bir cavab yazın