USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Uzunmüddətli bərpadan sonra istifadəyə verilən yay zalında Bakı Filarmoniyası növbəti mövsümə yekun vuran böyük konsert proqramı ilə çıxış edib. Musiqisevərlərə hər zövqə uyğun zəngin proqram təqdim olundu – Rossini və Ştrausdan tutmuş Quliyev və Mansurova qədər.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor, əməkdar Artist Fuad İbrahimovun rəhbərliyi ilə tanınmış mədəniyyət xadimlərinin, mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyovun və Filarmoniyanın direktoru, Xalq Artisti Murad Adıgözəlzadənin iştirakı ilə tamaşaçılara “Yay axşamı” proqramını təqdim edib.
Bir cavab yazın