USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Avropa İdman Paytaxtları Federasiyasının (ACES) prezidenti və təsisçisi Can Françesko Lupatelli Bakının 2026-cı ildə “Dünyanın İdman Paytaxtı” olmasını bəyan edib. Bu adı qazanmaq üçün şəhər qiymətləndirmənin nəticələrinə əsasən 100 baldan ən azı 80 bal toplamalıdır. Artıq ekspertlər Bakını 12 kriteriya üzrə qiymətləndiriblər.
Doqquz müxtəlif ölkənin nümayəndələrindən ibarət nümayəndə heyəti bütün idman komplekslərində olub, idmançılarla görüşüb. Nümayəndə heyətinin üzvləri qeyd ediblər ki, Bakıda idmanın inkişafı və bununla maraqlanan insanlar üçün hər cür şərait var. Fəxri ad uğrunda mübarizə aparan bütün paytaxtlar qiymətləndirildikdən sonra qiymətləndirmənin nəticələri bir neçə həftə ərzində elan ediləcək.
Bir cavab yazın