USD | 1,70 | 0,00% |
EUR | 1,85 | –0,08% |
Media Təhlili Mərkəzi əhali arasında içməli suya qənaətlə bağlı sorğunun nəticələrini açıqlayıb. Məlum oldu ki, Azərbaycan əhalisinin 90 faizi şirin suya qənaət etməyə çalışır. Sorğuda iştirak edənlərin demək olar ki, yarısı krandan su içdiklərini, 18%-dən bir qədər çoxu isə süzülmüş suya üstünlük verdiyini bildirib. O da məlum olub ki, respondentlərin yalnız 50 faizi fasiləsiz su ilə təmin olunub.
Tədqiqatda 46%-i qadın, 54%-i kişi olmaqla 1400 insan iştirak edib.
Sorğu onu da göstərib ki, respondentlərin cəmi 16%-i aylıq 5 manat su pulu ödəyir, respondentlərin əksəriyyəti isə 10 manatdan yuxarı ödəyir.
Bir cavab yazın